Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI RMX-DA RAYON ÜZRƏ HEMOFİLİYALI XƏSTƏLƏRƏ YARDIM MƏQSƏDİLƏ QANVERMƏ AKSİYASI KEÇİRİLDİ

0


  •                 18.06.2016-cı il tarixdə qan
    xəstəliyi olan xəstələrə, hemofiliyalı xəstələrə yardım məqsədilə Xocalı Rayon
    Mərkəzi Xəstəxanasında rayon üzrə qanvermə aksiyası keçirildi. Aksiyaya
    Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, Xocalı Rayon Polis şöbəsinin
    rəisi İlqar Rüstəmli, Yanğından Mühafizə İdarəsinin rəisi Abdulla Əsgərov və rayonun
    digər müəssisə, idarə rəhbərləri, işçiləri qoşuldular. Aksiyada günün sonunadək
    100-ə yaxın rayon sakini iştirak etdi. 



            Ölkədə hemofiliya xəstələrinin
    qana böyük tələbatı vardır. Hemofiliya-qanın laxtalanma
    xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə
    nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı
    xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət
    çəkən xəstələr oynaqlara və əzələlərə tez-tez qan axması nəticəsində əlil
    halına düşürlər.

             Rayonumuzda belə aksiyalar ildə 2 dəfə keçirilir. 











    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib36 dəfə
    XOCALI RMX DA RAYON ÜZRƏ HEMOFİLİYALI XƏSTƏLƏRƏ YARDIM MƏQSƏDİLƏ QANVERMƏ AKSİYASI KEÇİRİLDİ

    Maraqlı gələ bilər
    43
    44
    51